Modern.az

Bankların əmanət və kredit portfeli böyüyüb

Bankların əmanət və kredit portfeli böyüyüb

İqtisadiyyat

23 Fevral 2023, 13:18

2022-ci ildə Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarının əmanət portfeli 27,1% böyüyərək 11,5 milyard manata çatıb.

 

Modern.az xəbər verir ki, bunu Mərkəzi Bankın İdarə Heyətinin sədri Taleh Kazımov "Twitter" hesabında açıqlayıb.

 

Məlumata görə, bankların kredit portfeli də genişlənərək 19,6 milyard manata çatıb. Bu, 2021-ci illə müqayisədə 17,6% çoxdur.

 

Bundan əlavə, 2022-ci ildə bankların ümumi aktivlərinin həcmi də 22,3% artıb. Ötən ilin sonuna bu göstərici 47,1 milyard manat təşkil edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi