Modern.az

Prezident bu sənədləri TƏSDİQ ETDİ

Prezident bu sənədləri TƏSDİQ ETDİ

27 Fevral 2023, 14:58

İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Tədqiqat Mərkəzinin Nizamnaməsi təsdiq edilib.

 

Modern.az xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev bununla bağlı Qanunu imzalayıb.

 

Sənəd 2021-ci il martın 4-də İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 14-cü Zirvə Toplantısı zamanı imzalanıb.

 

Bundan əlavə, “GUÖAM iştirakçısı olan dövlətlər arasında azad ticarət zonasının yaradılması haqqında Sazişə dair malların mənşə ölkəsinin təyin edilməsi Qaydaları barədə Protokol” təsdiq edilib.

 

Qeyd edək ki, protokol 2022-ci il sentyabrın 20-də Nyu-York şəhərində imzalanıb.

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama