Modern.az

Ermənistandan Türkiyəyə ixrac 139 dəfə ARTIB

Ermənistandan Türkiyəyə ixrac 139 dəfə ARTIB

2 Mart 2023, 09:50

Ermənistandan Türkiyəyə ixrac 139 dəfə artıb.

 

Modern.az xəbər verir ki, bu barədə Ermənistan İqtisadiyyat Nazirliyinin hesabatında qeyd olunub.

 

Ermənistanda Türkiyə məhsullarına qoyulan embarqo ləğv edildikdən sonra ötən il ölkələrarası ticarətin həcmi 324,5 milyon dollar olub. Ermənistandan Türkiyəyə 61,2 milyon dollarlıq məhsul ixrac edilib, 2021-ci ildə bu rəqəm 0,44 milyon dollar olub, Türkiyə istehsalı malların idxalı isə 3,6 dəfə çoxalıb.

 

Türkiyədən Ermənistana ən çox alüminium detalları, sitrus meyvələri, trikotaj məmulatları, elektrotexnika, Ermənistandan Türkiyəyə isə qızıl, dəri, qiymətli daşlar ixrac edilib.

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi