Modern.az

Yazlıq bitkilərin əkin sahəsi artırılıb

Yazlıq bitkilərin əkin sahəsi artırılıb

İqtisadiyyat

27 Mart 2023, 14:56

Ölkənin əksər rayonlarında yazlıq bitkilərin əkininə başlanılıb və mart ayının 1-nə kimi 54 663,4 hektar sahədə əkin işləri aparılıb.

 

Modern.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin hesabatında qeyd olunub.

 

Ötən ilə nisbətdə əkin sahəsi 1 257,4 hektar və ya 2,4 faiz artıb. Fermerlər tərəfindən 8 573,3 hektar sahədə (qarğıdalı istisna olmaqla) dənlilər və dənli paxlalı bitkilər əkilib ki, bu da bir il öncəki göstəricini 18,8 faiz üstələyir.

 

Bununla yanaşı, 14,7 min hektar sahədə kartof (artım 1,7 faiz), 11,1 min hektar sahədə isə digər tərəvəz (7,1 faiz çox) məhsulları əkilib.

 

Təsərrüfatlarda yanvar-fevral aylarında 39,5 min ton və yaxud keçən ilin müvafiq dövrünə nisbətən 0,8 faiz çox tərəvəz məhsulları istehsal edilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi