Modern.az

“Super Mario” 1 ayda 1 milyard dollar qazandırdı

“Super Mario” 1 ayda 1 milyard dollar qazandırdı

1 May 2023, 11:48

1980-ci illərin məşhur video oyunu əsasında hazırlanan "Super Mario qardaşları" (Super Mario Bros. Movie) cizgi filmi kinoteatrlara çıxmasından 1 ay sonra bilet satışı vasitəsilə 1 milyard dollardan çox gəlir əldə edib.

 

Modern.az xəbər verir ki, bu barədə "Variety" nəşri yazıb.

 

Məlumata görə, filmin yayımlanmasının 26 günlüyündə təkcə Şimali Amerika kinoteatrlarında 490 milyon dollar, digər ölkələrdə isə 532 milyon dollar gəlir əldə edilib.

 

Cizgi flmi "Universal", "Illumination" və "Nintendo" şirkətləri tərəfindən hazırlanıb. Aprelin 1-də premyerası olan film italyan ustanın macəralarından bəhs edir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Tehranda binalar boşaldılır - İsrail zərbə ENDİRƏCƏK