Modern.az

Ermənistanın məşhur brendi Rusiyaya ixracı dayandırır

Ermənistanın məşhur brendi Rusiyaya ixracı dayandırır

İqtisadiyyat

18 May 2023, 21:37

Ermənistanın şərab istehsalı ilə məşğul olan “Ararat” zavodu Rusiya bazarına məhsul ixracını dayandıracaq.

 

Modern.az xəbər verir ki, bu barədə Ermənistanın iqtisadiyyat naziri Vaan Kerobyan məlumat verib.

 

“Məndə artıq rəsmi məlumat var ki, İrəvan brendi zavodu öz məhsullarını Rusiya bazarına ixrac etməyi dayandıracaq”, - deyə Kerobyan Ermənistan parlament daimi komissiyalarının birgə iclasında bildirib.

 

Onun sözlərinə görə, bu qərar fermerlərdən üzüm almaqda problemlər yaradacaq. "Şərabçılıq sahəsində struktur dəyişiklikləri baş verir", - o deyib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI