"Avrasiya İqtisadi İttifaqında (Aİİ) vahid valyuta yaratmaq asan deyil".
Modern.az "Sputnik"ə istinadən xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Aleksandr Pankin jurnalistlərə açıqlamasında bildirib.
"Ölkələr milli valyutalarda qarşılıqlı hesablaşmalara keçməyə yönəlib", - o vurğulayıb.
Nazir müavini qeyd edib ki, çətinliklər ölkələrin özəlliklərində, qanunvericilikdə, müxtəlif potensiallarda və tənzimləmə mexanizmlərindədir.
"Milli valyutalara keçidin şərtlərini sadalamaq çətin olsa da, tərəfdaşların hazırlığı və maliyyə bazarlarının xüsusiyyətlərini nəzərə almaq lazımdır", - Pankin söyləyib.