Modern.az

Nə qədər insan işini itirəcək... - Ekspertlər həyəcan təbili çalır

Nə qədər insan işini itirəcək... - Ekspertlər həyəcan təbili çalır

İqtisadiyyat

22 Avqust 2023, 09:27

Beynəlxalq Əmək Təşkilatının (BƏT) dünən dərc etdiyi "Ümumi süni zəka və iş yerləri" adlı hesabata görə, generativ süni zəka ilk növbədə ofis işçilərini təhdid edir.

 

Modern.az xəbər verir ki, hesabat müəlliflərinin fikrincə, bu texnologiya vəzifələrin 25%-dən çoxunu və qismən 50%-dən çoxunu tamamilə əvəz edə bilər.

 

Digər peşə kateqoriyalarında xüsusilə rəhbər işçilər, peşəkarlar və texniki işçilər arasında işlərin yalnız kiçik bir hissəsi yüksək riskli hesab olunur. BƏT qeyd edir ki, ümumiyyətlə, əksər iş yerləri yalnız qismən avtomatlaşdırıla bilər.

 

Eyni zamanda, hətta yüksək gəlir səviyyəsinə malik inkişaf etmiş ölkələrdə avtomatlaşdırma “riski” ümumi məşğulluğun cəmi 5.5%-nə aiddir, yoxsul ölkələrdə isə iş yerlərinin yalnız 0.4%-i risk altındadır.

 

Süni zəkanın daha necə inkişaf edəcəyini proqnozlaşdırmaq mümkün olmasa da, bu texnologiyanın hazırkı imkanları və gələcək potensialı onun işlərə təsiri ilə bağlı müzakirələrin əsasını təşkil edir.. BƏT-in araşdırmasının nəticələri ABŞ-ın "Goldman Sachs" bankının iqtisadçılarının inkişaf etmiş ölkələrin və dünyanın iqtisadiyyatı, eləcə də əmək bazarları üçün süni zəkanın yayılmasının təsirlərinə həsr olunmuş araşdırmasının nəticələri ilə qismən üst-üstə düşür.

 

Adıçəkilən araşdırmaya görə, süni zəka inzibati vəzifələrdə çalışan ofis işçiləri, eləcə də hüquq mütəxəssisləri üçün ən böyük risklər yaradır. Hesabatın müəllifləri hesab edirlər ki, ABŞ və Avropada süni intellektin təsirini bütün işçi qüvvəsinin təxminən 63%-i hiss edəcək: "Əsasən fiziki əməklə məşğul olan və ya ofislərdən kənarda işləyən işçilərin qalan 30%-i çətin ki, bu texnologiya ilə tanış ola bilsin. Bununla belə, onların işinin bəzi aspektləri də avtomatlaşdırıla bilər".

 

Rusiyanın Ali İqtisadiyyat Məktəbində əmək bazarı üzrə iki əsas tədqiqatçının mövzu ilə bağlı araşdırması isə göstərir ki, rusiyalı işçilərin yalnız 11%-i avtomatlaşdırma səbəbindən işini itirə bilər. İşçilərin robotlarla geniş şəkildə dəyişdirilməsi riskinin aşağı olması əksər işlərin avtomatlaşdırılması çətin olan qeyri-müntəzəm vəzifələrin həllinə yönəldilməsi ilə əlaqədardır. Nisbətən əhəmiyyətli işini itirmə riski yalnız ofis işçiləri, eləcə də istehsal sənayesində və nəqliyyatda işləyənlər üçün mövcuddur.

 

Bu xəbər ilə bağlı
SÜNİ ZƏKA: Siyasətdən məişətə qədər... - Həyatımıza necə təsir edir?
Xəbəri oxu
Twitter
Sizə yeni tvit var
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok