Modern.az

Azərbaycan neftinin qiyməti 93 dollara düşdü

Azərbaycan neftinin qiyməti 93 dollara düşdü

İqtisadiyyat

9 Oktyabr 2023, 10:24

Dünya bazarında Azərbaycan neftinin qiyməti ucuzlaşıb.

 

Modern.az xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 1,75 dollar azalaraq 93,17 dollar olub.

 

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 60 ABŞ dollarından hesablanıb.

 

Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. 

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi