"Rusiya nüvə enerjisi məktəbinin dünyada heç bir rəqibi yoxdur".
Modern.az TASS-a istinadən xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin deyib.
"Misirdə Rusiya atom elektrik stansiyasının tikintisi qrafiki qabaqlayır. Xaricdə enerji obyektləri tikən Rusiya şirkətlərinə geniş yardım göstərməyi tapşırıram. Rusiyanın enerji resursları uzun illərdir ki, Avropanın rifahını təmin edib, indi isə onlardan imtina etməyə çalışırlar. Avropalılar neft və qaz tədarükü üçün həddindən artıq pul ödəyirlər, nəticədə Aİ iqtisadiyyatı “sıfır səviyyədə”dir", - o iddia edib.
"Rusiyanın yanacaq-energetika kompleksi stabil işləyir. Avrozonada əhalinin real gəlirləri birinci rübdə 1,2% azalıb, Rusiya Federasiyasında isə 4,4% artıb", - Putin belə söyləyib.