Modern.az

Niyə keyfiyyətli ərzaq istehsal edə bilmirik? - SƏBƏB

Niyə keyfiyyətli ərzaq istehsal edə bilmirik? - SƏBƏB

İqtisadiyyat

12 Oktyabr 2023, 17:08

Nədən keyfiyyətli ərzaq məhsulları istehsal edə bilmirik?

Buna mane olan nədir?

Mağazadan deyək ki, yağ və kolbasa almaq istəyirik.

Yerli və Rusiya istehsalı olan məhsul var. Hansını alırıq?

Təbii ki, Rusiyada istehsal olunanı.

Nə üçün alırıq?

Burada Rusiyaya olan sevgi-filan yoxdur. Keyfiyyət var.

Şərab evlərində satılan spirtli içkilərin yarısından çoxu qonşularımızın istehsalıdır.

Uşaqlar belə Gürcüstan limonadına üstünlük verirlər.

Son yarım əsrə şahidlik edə bilərəm, azərbaycanlıların Gürcüstandan, Rusiyadan və Ermənistandan ərzaq daşıdığına…

Bir dəfə də olsun hansısa bir rusun, erməninin və gürcünün Bakıdan qayıdarkən evinə ərzaq məhsulları apardığını duymadım.

Qida texnologiyası mütəxəssisindən bir dəfə xəbər aldım ki, nədən biz də ermənilər, ruslar və gürcülər kimi keyfiyyətli ərzaq istehsal edə bilmirik. Onu da soruşdum ki, bəlkə bizdə müasir texnoloji avadanlıqlar yoxdur.

Qayıtdı ki, ən müasir avadanlıqlarımız var.

O zaman suç mentalitetiizdə.

O nəsnəyə həkk olmuş saxtakarlıq imkan vermir ki, keyfiyyətli ərzaq məhsulları istehsal edək.

Azərbaycanlı istehsal edəcəyi məhsulun tələb olunan normadan yağını əskik etməsə, şəkərini azaltmasa, spirtinə hiylə qatmasa, yaşaya bilməz.

Gedin, iri market sahiblərindən tanıdığınız varsa soruşun ki, evinə yerli istehsal olan nə alırsan?

Pulu olan adamın ağlı qaçıb ki, arvad-uşağa keyfiyyətsiz yerli ərzaq yedirtsin...

Azərbaycan hökumətinin bir üzvünün marketdən yerli kolbasa aldığını təsəvvür edirsinizmi? Qeyri-mümkündür!

Alan varsa da, əmin olun ki, uşaqları üçün deyil, iti-pişiyi üçün alır.

Saxtakarlıq elə bir xəstəlikdir ki, ondan xilas olmaq üçün əvvəl mütləq çox sərt radikal tədbirlərə əl atmaq lazımdır.

Özümüzə "bəy tərifi" deməyi sevərik.

Ancaq hünərimiz, cürətimiz çatmır ki, saxtakarlığa qarşı dayana bilək.

O səbəbdən də piştaxtaya nə qoyulur, səssizcə almaq zorundayıq...

Ərzaq təhlükəsizliyi milli təhlükəsizliyin ən önəmli ünsürlərindən biridir.

Saxta ərzaq istehsalçılarına qarşı Qida Təhlükəsizliyi Agentliyi nə edə bilər ki…

Uzağı cərimə yazacaq, fəaliyyətini dayandıracaq.

Və bir müddətdən sonra da saxtakar fəaliyyətini bərpa edəcək.

Bu məsələ birbaşa Dövlət Təhlükəsizlik Xidmətinin kompetensiyasında olmalıdır.

Və saxta ərzaq məhsulu istehsal edənlər ən sərt şəkildə cəzalandırılmalıdır...

Nəhayət, anlamalıyıq ki, özümüz-özümüzə düşmən deyilik. Anlamalıyıq ki, istehsal etdiyimiz saxta məhsulu özümüz, öz uşaqlarımız yeyir.

Anlamalıyıq ki, qonşu dövlətlərdə istehsal olunan ərzağı almaqla öz büdcəmizə zərər vururuq.

Ən başlıcası, onu dərk etməliyik ki, keyfiyyətsiz, saxta məhsul istehsal etməklə millətimizi aşağılayırıq.

Söz sonu: Saxta ərzaq istehsal etmək xalqa qarşı düşmənçilik etmək deməkdir. Mən belə düşünürəm...

Səxavət Əlisoy,
həkim

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi