Avropada qazın qiymətində artım qeydə alınıb.
Modern.az xəbər verir ki, qaz qiymətlərində artımı 11%-ə qədər olub.
Oktyabrın 12-də Londonun ICE birjasında qazın noyabr fyuçersləri 1 min kubmetr üçün maksimum 562,2 dollara çatıb.
Qazın bahalaşmasına səbəb kimi Yaxın Şərq regionunda yaranmış gərginlik və Avstraliyadakı "Chevron LNG" zavodlarında işçilərin tətili bərpa etmək qərarı göstərilir.