Modern.az

Rusiya Ermənistana neft tədarükünü artıra bilər

Rusiya Ermənistana neft tədarükünü artıra bilər

İqtisadiyyat

13 Oktyabr 2023, 11:26

Rusiya hökuməti Dövlət Dumasına Ermənistana neft məhsullarının tədarükü imkanlarının genişləndirilməsinə dair protokol təqdim edib.

 

Modern.az "Sputnik"ə istinadən xəbər verir ki, sənəd 2023-cü il iyunun 1-də Moskvada imzalanıb və neft tarının rüsumsuz tədarükünün neft bitumunun tədarükü ilə əvəzlənməsini nəzərdə tutur.

 

Ermənistanın iqtisadiyyat naziri Vahan Kerobyan isə jurnalistlərə bildirib ki, erməni ixracatçılarının Rusiya bazarında problemi yoxdur: "Ermənistan ixracatının 40%-i Rusiyaya gedir. Şirkətlər adi qaydada işləyirlər. Yuxarı Larsda da erməni yük maşınlarının növbəsi yoxdur. Ermənistan tərəfinin tələbi ilə benzin və dizel üçün də kvota artırılıb".

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi