Modern.az

Dəmir yolu ilə sərnişin daşınma 45 %-dən çox artıb

Dəmir yolu ilə sərnişin daşınma 45 %-dən çox artıb

İqtisadiyyat

13 Oktyabr 2023, 13:04

Azərbaycanda dəmir yolu nəqliyyatı ilə 2023-cü ilin yanvar-sentyabr aylarında 13,7 mln. ton yük, 4 915,7 min sərnişin daşınıb.

 

Dövlət Statistika Komitəsindən Modern.az-a verilən məlumata görə, 2022-ci ilin eyni dövrü ilə müqayisədə bu ilin 9 ayında yük daşınmasında 0,5%, sərnişin daşınmasında isə 45,5% artım müşahidə olunub.

 

“Orta hesabla sutkada 408 vaqon yüklənmiş, 420 vaqon isə boşaldılıb. Sutka ərzində dəmir yolunun Şimal istiqaməti üzrə 20,7 min ton, Qərb istiqaməti üzrə 2,9 min ton, Cənub istiqaməti üzrə isə 0,7 min ton yüklənmə işi yerinə yetirilib”, - məlumatda qeyd olunub.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi