Modern.az

Neft-qaz sektorundan büdcə daxilolmaları kəskin azalıb

Neft-qaz sektorundan büdcə daxilolmaları kəskin azalıb

İqtisadiyyat

14 Oktyabr 2023, 09:50

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın dövlət büdcəsinin neft-qaz sektoru üzrə daxilolmaları 8 milyard 946,1 milyon manat təşkil edib ki, bu da proqnozdan 30,5 % az, ötən ilin eyni dövrü ilə müqayisədə isə 17,2 % azdır.

 

Modern.az bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

 

Məlumata görə, hesabat dövründə büdcə daxilolmalarında neft-qaz sektorunun payı 40,5 % təşkil edib. Azalma Dövlət Neft Fondundan (ARDNF) nəzərdə tutulandan 2 milyard 992 milyon manat az vəsaitin daxil olması ilə əlaqədardır.

 

Sektor üzrə daxilolmaların 60,3 %-i və yaxud 5 milyard 396,1 milyon manatı vergi daxilolmaları, 39,7 %-i və yaxud 3 milyard 550 milyon manatı ARDNF-dən transfert olub.

 

Vergi daxilolmalarının 62,6 %-i və 3 milyard 377,9 milyon manatı "Şahdəniz" qaz-kondensat yatağı üzrə mənfəət vergisi, 27,7 %-i və yaxud 1 milyard 494,4 milyon manatı Dövlət Neft Şirkətinin (SOCAR) ödədiyi müvafiq vergilər, 9,7 %-i və yaxud 523,8 milyon manatı isə "Azəri-Çıraq-Günəşli" neft yatağı üzrə mənfəət vergisinin payına düşüb.

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi