Modern.az

Azərbaycan nefti 95 dolları ÖTDÜ

Azərbaycan nefti 95 dolları ÖTDÜ

İqtisadiyyat

14 Oktyabr 2023, 10:06

"Azeri Light" markalı Azərbaycan nefti 95 dolları ötüb.

 

Modern.az xəbər verir ki, dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 2,59 ABŞ dolları, yaxud 2,8 % artaraq 95,06 ABŞ dolları təşkil edib.

 

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 60 ABŞ dollarından hesablanıb.

 

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi