Modern.az

Bakı-Ağstafa istiqamətinə sürət qatarı istifadəyə verildi

Bakı-Ağstafa istiqamətinə sürət qatarı istifadəyə verildi

İqtisadiyyat

27 Dekabr 2023, 15:14

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) bayram tətili ilə əlaqədar artan sərnişin tələbatını təmin etmək məqsədilə Bakı-Ağstafa istiqaməti üzrə sürət qatarı təyin edir.

 

QSC-dən Modern.az-a verilən məlumata görə, 31 dekabr tarixində Bakıdan saat 16:00-da yola düşən qatar saat 22:25-də Ağstafaya çatacaq.

 

Qatarların hərəkət cədvəli ilə tanış olmaq və bilet əldə etmək üçün “ADY Mobile” tətbiqini yükləyə və ya www.ady.az saytına keçid edə bilərsiniz.

Sizə yeni x var
Keçid et
Paşinyandan gözlənilməz addım - Azərbaycanı təbrik etdi