Modern.az

İvanişvili ABŞ dövlət katibinin müavini ilə görüşdən imtina edib

İvanişvili ABŞ dövlət katibinin müavini ilə görüşdən imtina edib

14 May 2024, 13:46

Hakim “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyasının təsisçisi və fəxri prezidenti Bidzina İvanişvili mayın 14-də Tbilisiyə səfər edən ABŞ dövlət katibinin müavini Ceyms O`Braynla görüşdən imtina edib.

Modern.az xəbər verir ki, bu barədə Gürcüstanın baş naziri İrakli Kobaxidze mətbuat konfransında bildirib.

“ Ceyms O`Braynın Bidzina İvanişvili ilə görüşü üçün müraciət olub, o, bundan imtina edib”, - Kobaxidze bildirib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi