Modern.az

Gələn il 8600-dən çox yeni iş yeri açılacaq

Gələn il 8600-dən çox yeni iş yeri açılacaq

25 Noyabr 2024, 13:12

"Növbəti mərhələdə sənaye zonalarına əlavə 1 milyard manatdan çox investisiyanın yatırılması və 8600-dən çox yeni iş yerinin yaradılması nəzərdə tutulub".

Modern.az xəbər verir ki, bunu Milli Məclisdə 2025-ci ilin dövlət büdcəsinin müzakirəsi zamanı iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

"İşğaldan azad edilmiş ərazilərin “Böyük Qayıdışa dair Birinci Dövlət proqramı”nın icrası ilə bağlı deyim ki, yeni yaradılan “Ağdam” və “Araz Vadisi İqtisadi Zonası" Sənaye Parklarına ümumən 46 müəssisə daxil edilib. Burada layihələrin icrası çərçivəsində 232 milyon dollar investisiyanın yatırılması və 4300-dən çox yeni iş yerinin yaradılması nəzərdə tutulub”, - deyə nazir bildirib.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadan Bakıya şok təzyiq - Təxribat gözlənilir