Modern.az

Gələn il azad olunmuş hansı bölgəyə daha çox pul xərclənəcək? - SİYAHI

Gələn il azad olunmuş hansı bölgəyə daha çox pul xərclənəcək? - SİYAHI

İqtisadiyyat

27 Dekabr 2024, 10:36

Prezident İlham Əliyevin bu gün imzaladığı fərmanla təsdiqlənmiş "2025-ci il dövlət büdcəsi haqqında" qanunda iğaldan azad edilmiş bölgələrdə yaradılan Bərpa, Tikinti və İdarəetmə xidmətlərinə ayrılan vəsaitin həcmi məlum olub.

Modern.az-ın büdcə qaniuna istinadən verdiyi məlumata görə, gələn il Bərpa, Tikinti və İdarəetmə xidmətlərinə ayrılan vəsait aşağıdakı kimi müəyyən olunub:

“Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxs - 9 552 590.0 manat;

“Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxs - 6 900 290.0 manat;

“Laçın rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxs  - 4 889 900.0;

“Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxs - 13 586 720.0;

“Kəlbəcər rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxs - 4 889 435.0.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu