Modern.az

Neftimizin yeni QİYMƏTİ

Neftimizin yeni QİYMƏTİ

11 Yanvar 2025, 11:40

Dünya bazarında Azərbaycan nefti bahalaşıb.

Modern.az xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 2,09 dollar və ya 2,62 faiz artaraq 81,86 dollar olub.

Qeyd edək ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Maaş və pensiyalar artırılır - Əhaliyə ŞAD XƏBƏR