Modern.az

Kəpənək xəstəliyi ilə mübarizəyə 1,3 milyon vəsait ayrıldı

Kəpənək xəstəliyi ilə mübarizəyə 1,3 milyon vəsait ayrıldı

İqtisadiyyat

15 Yanvar 2026, 17:15

Nadir dəri xəstəlikləri ilə mübarizə üçün 1,3 milyon manatlıq satınalma elan edilib

Səhiyyə sahəsində sosial layihələrin icrası çərçivəsində "İnnovasiya və Təchizat Mərkəzi" Publik Hüquqi Şəxsi (PHŞ) yeni tender elan edib.

Modern.az xəbər verir ki, satınalma ixtioz və bullyoz epidermoliz (kəpənək xəstəliyi) kimi ağır və nadir rast gəlinən dəri xəstəliklərindən əziyyət çəkən şəxslərin tibbi vasitələrlə təmin olunmasını nəzərdə tutur.

Bunun üçün 1.383.472,28 azn ayrılıb. Vəsait xüsusi qulluq tələb edən xəstələrin müalicə prosesinin effektivliyinin təmin olunmasına yönəldilib.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Azərbaycan bu ölkələrə etiraz etdi - Dayandırın!