Modern.az

Milyarderlər hansı şəhərlərdə yaşayır?

Milyarderlər hansı şəhərlərdə yaşayır?

İqtisadiyyat

9 Aprel 2025, 10:16

Çin iqtisadiyyatında yaşanan çətinliklər ultra zənginlərə təsir edib.

Modern.az  xəbər verir ki, 2023-cü ildə ən çox milyardera sahib şəhər olan Pekin  ötən il yerini  Nyu Yorka yerini verib. Hətta  London və Mumbaydan geri qalaraq 4-cü sıraya düşüb.

Nyu Yorkda 119, Londonda 97, Mumbayda 92, Pekində 91 milyarder yaşayır.

Siyahıda ilk 20-likdə ABŞ, Çin, Hindistan, Braziliya, Cənubi Koreya, İndoneziya  və Fransa şəhərləri yer alıb.

Nyu Yorkun birinci yeri Pekindən geri alması iqtisadiyyatdakı dəyişikliklərlə bağlıdır. ABŞ iqtisadiyyatı hələ də güclü, müxtəlif sahələrdə sərvət yaratmağa imkan verən (maliyyə, texnologiya, əyləncə) quruluşa malikdir və bu ultra zənginlər üçün olduqca əhəmiyyətlidir.

ABŞ və Çin hələ də siyahının önündə olsa da  digər Asiya şəhərlərinin, xüsusilə Hindistan şəhərlərinin artan mövqeyi sərvətin inkişaf etməkdə olan bazarlara daha çox yayıldığını göstərir.

Bu yalnız milyarderlərin harada yaşadığını deyil, həm də sərmayə, yenilik və qlobal iqtisadi tendensiyaları əks etdirir. Siyahının hər il yenilənməsi dünyadakı iqtisadi güc balanslarının necə dəyişdiyini müşahidə etməyə imkan verir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Paşinyandan gözlənilməz addım - Azərbaycanı təbrik etdi