Modern.az

Neft düşsə də, oyun hələ bitməyib...

Neft düşsə də, oyun hələ bitməyib...

İqtisadiyyat

14 Aprel 2025, 08:30

Hazırda neft qiymətinin büdcədə nəzərədə tutulan 70 dollardan aşağı olması haqlı narahatlıq yaradır. Amma mövcud vəziyyət 2 səbəbdən elə də qorxulu deyil. 

Modern.az-ın məlumatına görə, bunu iqtisadçı ekspert Eldəniz Əmirov bildirib.

"Birincisi, 2025-ci ilin 1-ci rübündə Azərbaycan neftinin orta ixrac qiyməti 77 dollar olub. Bu o deməkdir ki, əgər 2-ci rübdə orta qiymət 63 dollar olarsa, yarımillik orta qiymət elə büdcədə nəzərdə tutulan 70 dollara bərabər olacaq.

Yəni ilin ilk yarısında maliyyə tarazlığı hələ ki pozulmayacaq.

İkincisi, ABŞ-da Trampın tarif siyasətinin uğurlu olmadığı artıq öz təsdiqini tapdığı kimi, onun neft qiymətlərini aşağı salmaq üçün atdığı addımların da uzunmüddətli effekt verməyəcəyi artıq görünməkdədir. 

Bu baxımdan, enerji bazarlarında qiymətlərin Azərbaycan büdcəsində ciddi fəsadlar yaradacaq səviyyədə kəskin və davamlı ucuzlaşacağını gözləmirəm"- ekspert qeyd edib. 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Paşinyandan gözlənilməz addım - Azərbaycanı təbrik etdi