Modern.az

Enerji Effektivliyi Fondu yaradılır

Enerji Effektivliyi Fondu yaradılır

İqtisadiyyat

23 Aprel 2025, 14:24

Enerji Effektivliyi Fondunun yaradılması istiqamətində işlər başa çatmaq üzrədir.

Modern.az xəbər verir ki, bunu energetika nazirinin müavini Samir Vəliyev Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “İstilik təchizatı haqqında” yeni qanun layihəsinin müzakirəsi zamanı bildirib.

“Enerji sahəsi ilə əlaqədar bir sıra yeni qanun layihəsi hazırlanıb. Layihələr müxtəlif mərhələlərdə razılaşdırma mərhələsindədir. Özəlliklə də bərpa olunan enerji mənbələrindən istifadə istiqamətində  yüksək nəticələr əldə edilir. Enerji səmərəliliyi istiqamətində də atılan addımlar səmərəli istifadəyə şərait yaradır. Elektroenergetika sahəsində islahatlar nəzərdə tutulmuş şəkildə davam etdirilməkdədir”, - deyə nazir müavini bildirib

Whatsapp
Bizə yazın!
Keçid et
Paşinyandan gözlənilməz addım - Azərbaycanı təbrik etdi