Modern.az

Turistlərin ən çox seçdiyi 5 istiqamət

Turistlərin ən çox seçdiyi 5 istiqamət

İqtisadiyyat

29 May 2025, 10:29

Bu yay xarici ölkələrə olan turlara maraq artıb. Turizm şirkətləri bildirir ki, ötən illə müqayisədə insanlar daha çox səyahət planlaşdırır.

Modern.az xəbər verir ki,  yay üçün bron edilən turların sayı 26%, Level.Travel isə 15% artıb. "İnturist" isə yay mövsümündə satışların 6% yüksəldiyini açıqlayıb.

Ən çox maraq göstərilən TOP 5 xarici istiqamət belədir:

  1. Türkiyə

  2. Vyetnam

  3. Misir

  4. Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ)

  5. Tayland

Ən çox seçilən ölkə yenə də Türkiyə olsa da, onun payı bir qədər azalıb – indi ümumi satışların 55%-ni təşkil edir.

Turizm şirkətləri qeyd edir ki, xarici turların qiyməti bir qədər artıb. Məsələn, Anex şirkəti bildirir ki, ötən illə müqayisədə orta qiymətlər 7,8% yüksəlib. Amma BƏƏ və Tayland istiqamətində turlar bir qədər ucuzlaşıb.

“İnturist” isə Vyetnam və Misirə turların qiymətində eniş olduğunu, buna baxmayaraq bu ölkələrə marağın artdığını deyir. 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular