Azərbaycanda illik inflyasiya proqnozlaşdırılan trayektoriya ilə hərəkət edir.
Modern.az bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.
Məlumata görə, bu ilin aprel ayında 12 aylıq inflyasiya 6,3 %, aylıq inflyasiya isə 0,3 % təşkil edib. İllik qiymət artımı ərzaq malları və xidmətlər üzrə 7,6 %, qeyri-ərzaq malları üzrə isə 2,7 % təşkil edib. İllik baza inflyasiya isə 4,8 % olub.
Son aylarda inflyasiyaya təsir edən xarici amillər üzrə qeyri-müəyyənliklər yüksək olaraq qalır. Beynəlxalq Valyuta Fondunun məlumatına görə, 2025-ci ilin aprelində əmtəə qiymətləri indeksi aylıq 1 %, illik isə 4,6 % azalıb. Ticarət tərəfdaşlarının orta çəkili illik inflyasiyası cari ilin aprelində ötən ilin eyni ayına nəzərən 9,6 % olub. Manatın qeyri-neft-qaz sektoru üzrə nominal effektiv məzənnəsi 2025-ci ilin may ayında ötən ilin eyni ayı ilə müqayisədə sabit qalıb", - deyə məlumatda qeyd olunub.