Modern.az

İran-İsrail müharibəsi: neftimizi NƏ GÖZLƏYİR...

İran-İsrail müharibəsi: neftimizi NƏ GÖZLƏYİR...

İqtisadiyyat

21 İyun 2025, 17:11

Bu gün İsrail-İran müharibəsinin 9-cu günüdür. Hər iki tərəfdə insan itkiləri ilə nəticələnən müharibə  dünya iqtisadiyyatına, konkret olaraq neft bazarına da təsirsiz ötüşmür.

Müharibə daha çox neft qiymətlərinə təsir. Modern.az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib ki, neftin qiymətində kəskin artımların müşahidə olunmur:

“İranla İsrail arasında müharibə, təbii ki, regiona və regional bazarlara təsirsiz ötüşmür. Yük daşımalarına bunun təsiri ciddidir. Nəzərə alaq ki, region üzərindən bir sıra uçuşlar artıq təxirə salınıb. Neftin qiymətinə təsirlər fərqlidir. Müharibə başlayandan sonra neftin qiymətində müəyyən artımlar müşahidə olunsa da,hazırda neftin qiymətində kəskin dəyişikliklər yoxdur. Hazırda Brent markalı neftin 1 bareli 74 dollara təklif olunur. Bu, praktiki olaraq, müharibədən əvvəlki dövrlə müqayisədə kəskin fərq deyil. Amma sözsüz ki, may ayı ilə müqayisədə neftin qiymətində artımlar var. Çünki may ayının ortalarında və iyunun əvvəllərində neftin qiyməti təxminən 60 dollar ətrafında dəyişirdi. Daha sonra biz neftin qiymətində artımları müşahidə etdik. İyun ayının 10-da neft 66 dollara təklif olunurdu. Hazırda isə Brent markalı neft 74 dollara təklif olunur. Yenə də deyirəm,müəyyən artımlar var,lakin bu,kəskin səviyyədə deyil. Bu da müharibənin nə qədər davam edəcəyi ilə bağlı proqnozların olmaması, İrana qarşı uzun müddət sanskiyaların tətbiq olunması və bu ölkənin neftinin dünya bazarında xüsusi paya malik olmamaıs ilə əlaqədardır. Müharibə davam edərsə, uzunmüddətli şəkildə neftin qiymətində daha çox artımların olması istisna deyil”.

V.Bayramov vurğulayıb ki, neftin qiymətinin artması Azərbaycana daxil olan valyutanın həcminin artmasına təsir göstərir:

“Neftin dünya bazar qiyməti nə qədər yüksək olarsa, ölkəyə o qədər çox valyutanın daxil olması müşahidə olunur. Azərbaycan ixracatının təxminən 80 faizini neft və qaz məhsulları təşkil edir. Bu baxımdan enerji bazarında qiymət artımları müşahidə olunarsa, bu, ölkəmizə daha çox valyutanın daxil olmasına imkan yarada bilər”.

İqtisadçı ekspert Eldəniz Əmirov isə qeyd edib ki, vurulan hədəflər arasında neft emal edən müəssisələrinin olması və bu əməliyyatların davamlı xarakter alma ehtimalı neft qiymətlərində kəskin artımlarını hazırda tormozlamış faktordur:

“Münaqişənin uzun müddət davam etməyəcəyinə dair gözləntilər də neft qiymətinin kəskin artmamasına səbəb olan digər faktordur. Münaqişə bitər, güclü tərəf istəyinə nail olarsa, bu zaman İrana qarşı sanksiya aradan qalxa bilər. Sanksiya aradan qalxarsa, neft qiymətləri kəskin ucuzlaşa bilər”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU