Modern.az

Azərbaycan nefti 2 dollara yaxın UCUZLAŞDI

Azərbaycan nefti 2 dollara yaxın UCUZLAŞDI

İqtisadiyyat

11 İyul 2025, 09:24

"Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,62 ABŞ dollar azalıb.

Modern.az xəbər verir ki, dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,62 ABŞ dolları, yaxud 2,13 % azalaraq 74,4 ABŞ dolları təşkil edib.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 70 ABŞ dollarından hesablanıb.

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi