"İcraçı Kredit Agentliyi" MMC bank olmayan kredit təşkilatı (BOKT) ləğv olunduğunu elan edib.
Modern.az bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Vergilər” qəzetinə istinadən xəbər verir.
Məlumata görə, kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Yasamal rayonu, Əbdürrəhim bəy Haqverdiyev küçəsi, 574-cü məhəllə, ev 4 ünvanına bildirə bilərlər.
Xatırladaq ki, “İcraçı Kredit Agentliyi” 2002-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 324 min manatdır.