2025-ci ilin yanvar-iyul aylarında dövlət büdcəsinə 23480,9 milyon manat vəsait daxil olub, büdcədən 19944,6 milyon manat vəsait xərclənib, büdcənin icrasında 3536,3 milyon manatlıq profisit yaranıb.
Modern.az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin məlumatında bildirilib.
Mərkəzi Bankın məlumatlarına görə, 2025-ci il iyul ayının 1-nə ölkənin bank və digər kredit təşkilatlarının kredit portfeli milli valyuta ekvivalentində 30231,8 milyon manat təşkil edib, onun 25322,6 milyon manatı uzunmüddətli kreditlər olub.
Ödəmə vaxtı keçmiş kreditlərin məbləği ümumi kredit portfelinin 1,7 faizini təşkil edib.
Əhalinin banklardakı əmanətlərinin milli valyuta ekvivalentində məbləği 2025-ci il iyul ayının 1-nə 15437,0 milyon manat olub.
2025-ci ilin yanvar-iyul aylarında milli valyutanın 1 ABŞ dollarına nisbətdə orta məzənnəsi 1,70 manata, 1 Avroya – 1,88 manata, 100 Türk lirəsinə – 4,50 manata, 100 Rusiya rubluna – 1,99 manata bərabər olub.
2025-ci ilin yanvar-iyun aylarında muzdlu işçilərin orta aylıq nominal əməkhaqqı 2024-cü ilin müvafiq dövrünə nisbətən 9,4 faiz artaraq 1097,3 manat təşkil edib.
2025-ci ilin yanvar-iyul aylarında əhalinin gəlirləri nominal ifadədə 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 7,2 faiz artaraq 50,5 milyard manat olub.