Modern.az

"Kökünü Qurutma Əməliyyatı": 201 nəfər saxlanıldı

Dünya

14 Aprel 2023, 10:44

Türkiyədə narkotiklərlə mübarizə istiqamətində tədbirlər davam etdirilir. Bu kontekstdə "Kökünü Qurutma Əməliyyatı"nın növbəti mərhələsi keçirilib.

 

Modern.az "TRT Haber"ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Süleyman Soylu məlumat verib.

 

O bildirilib ki, budəfəki əməliyyat Diyarbakır vilayətində gerçəkləşdirilib: "Əməliyyat çərçivəsində 236 şübhəli şəxsdən 201-i saxlanılıb".

 

Bundan sonra da oxşar əməliyyatların keçiriləcəyi qətiyyətlə vurğulanıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Paşinyandan gözlənilməz addım - Azərbaycanı təbrik etdi