Modern.az

Maraqlı FAKTLAR: Bu sarayda tualet olmayıb

Maraqlı FAKTLAR: Bu sarayda tualet olmayıb

Ədəbi̇yyat

10 Avqust 2015, 16:39

 

Dünya  rəngarəng maraqlı faktlarla zəngindir.  Modern.az belə maraqlı faktlardan bir neçəsini təqdim edir.  

Tarixin ən uzun adamı Fyodor Maxnov olub. Onun boyu 2 m 85 sm olub. Hələ 12 yaşındaykən boyu 2 metri keçmiş Maxnovun  evdə ayrıca çarpayısı, stolu, stulu vardı. Hətta  Fyodorun atası uşağın boyuna görə, evlərinin  tavanını sökərərk yenidən qurmalı olub.  

Maxnov özündən bir metr kiçik Feodosiya Lebedevayla evlənərək 5 uşağa sahib olur. Lakin heç bir övladının boyu 2 metri keçmir.   Fyodor çox yaşamır. 1912-ci ildə 34 yaşında qəfil xəstəlikdən vəfat edir.    

Fransanın paytaxtı Parisdə yerləşən Versal  Sarayının 1300 otağı var. Sarayın ilk binasının tikintisinə 1661-ci ildə başlanılıb.

Bu sarayın  maraqlı cəhəti tikilərkən tualet və hamamın yerləşdirilməməsi olub.

Səbəbi isə o dövrdə zadəgan anlayışına görə zadəganların istədiyi yerdə ehtiyaclarını qarşılamaları idi. Bu səbəbdən Avropada Versal sarayının qoxusunu "Avropadakı bütün saraylardan fərqli"  adlandırırdılar.  

1768-ci ilə qədər sarayda tualet olmayıb.1789-cu ildə Fransa inqilabından sonra sarayda cəmi 9 tualet vardı və onlar da kral və ailəsinə məxsus idi.  

Qədimdə insanlarda uzun bir zaman tualet mədəniyyəti mövcud olmayıb. Onlar ağac, kol-kos dibində öz ehtiyaclarını görürdülər. İlk bəsit tualetlər 2 min il bundan əvvəl qədim Romada meydana gəlib. Nisbətən müasir formalı tualetlərin ilkin versiyasını  isə Kraliça birinci Elizabetin dövründə 1589-cu ildə  Con Harinqton  təklif edib.  

Günümüzdə istifadə etdiyimiz tualetlər isə ilk dəfə İngiltərədə 1778-ci ildə  saatsaz Aleksandr Cumming tərəfindən yaradılıb. Sonralar  isə Jozef Bramah tərəfidən yenilənərək inkişaf etdirilib.

1849-cu ildə Stefen Qrinin tualetin sonuna “U” şəkilli borunu əlavə etməsi ilə tualetlərdən evlərə yayılan pis qoxulara son qoyulub.1888-ci ildə isə zənciri çəkilərək suyu axıdılan unitazlar yaradılıb.  

İlk qələm 1888-ci ildə ABŞ-da Con Loud tərəfindən ixtira olunub.

Bu gün istifadə etdiyimiz diyircəkli qələmləri isə ilk dəfə 1940-cı ildə Josef Laslo və Georq Biro icad ediblər.1943-cü ildə həmin qələmin satışı üçün ilk nümunələr hazırlanıb.1945-ci ildə onlar Nyu-Yorkda satışa çıxarılıb.  

Bu zaman alıcıların sayı o qədər çox olub ki, hətta işə polislərdə cəlb olunub. Bir gün ərzində 10 min qələm satılıb. Amma bu müştəriyə baha başa gəlib. Bir qələmin qiyməti bir amerikalı zavod işçisinin 8 saatlıq əməkhaqqısı dəyərində olub.    

İlk çap maşını 1867-ci ilin sentyabrında amerikalı Kristofer Şoulz tərəfindən ixtira edilib. Bu çap maşınının klaviaturasında  latın hərfləri əlifba sırası  ilə düzülüb.  

Lakin sonradan bu düzülüş ləğv edilib. Belə ki, bu, çap maşınında sürətlə yazarkən barmaqların tez-tez dolaşmasına səbəb olub və  iti yazmağa maneəçilik törədib.

Ona görə də  əlifba sırası ilə düzülüşdən imtina edilərək  klaviaturada hərflərin yeni düzülüşü meydana gəldi. Hərflər səpələnmiş halda  ingilis əlifbasından ibarət ilk 6 hərfin (QWERTY)  birləşməsi ilə yaradıldı.  

Müasir dövrdə Şoulz düzülüşü anaxronizm hesab olunur. Ele bu da QWERTY düzülüşünə keçmək üçün bir səbəb olub.  

İşıqforlar əvvəllər dəmiryollarının qatarlarını idarə etmək üçün tətbiq edilib.1830-cu ildə dəmiryolu ilk dəfə fəaliyyətə başlayan zaman, qırmızı rəng  qan rəngi olduğundan əsrlər boyu təhlükənin, təxribatın və ölümün simvolu olub, “dayan” mənasını,   yaşıl “xəbərdarlıq”, ağ rəng isə “getmək” mənasını verirdi.

Bir müddət sonra ağ rəng bir sıra  problemlər yaratdı. Belə ki,  işıqforun ağ rəngi digər küçə lampaları ilə səhv salınmağa başladı.

“Dayan” mənasını verən qırmızı rəngin işığı yananda ağ rəngin də üzərinə işıq düşürdü. Nəticədə,  çoxlu qəzalar baş verirdi. Sonralar isə “xəbərdarlıq” mənasını bildirən ağ işığı sarı ilə əvəz olunudu. Sarı ona görə seçildi ki, o, rənglər içində ən gözəçarpan idi.   Nəqliyyat üçün nəzərdə tutulan, ilk işıqforlardan 1868-ci ildə London küçələrində istifadə edilməyə başlanılıb. Müasir  işıqforlar isə  amerikalı Qarett Auqustus Morqanın ideyası əsasında hazırlanıb   

1914-cü ildə ilk sınaqlara başlanılıb. 1923-cü ildə isə Morqan  bunun üçün patent alıb. Onun yaratdığı işıqfor “T” hərfinə bənzəyirdi və qırmızı, yaşıl rəngdən ibarət idi.  Çox keçmədi ki, “xəbərdarlıq” mənasını verən sarı da bu işıqfora əlavə edildi.  

Leyla Əfqan  

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Paşinyandan gözlənilməz addım - Azərbaycanı təbrik etdi