Modern.az

Bu ölkədə küçədə mahnıya qulaq asmaq qadağan edildi  

Bu ölkədə küçədə mahnıya qulaq asmaq qadağan edildi   

9 Aprel 2018, 23:05

Türkmənistanda hüquq mühafizə orqanları küçədə qulaqcıqlarla musiqiyə qulaq asan Aşqabad sakinlərini cərimələməyə başlayıb.

Modern.az  xəbər verir ki, bu barədə “Lenta.ru” Türkmənistan KİV-ə istinadən məlumat yayıb.

Məlumata görə, belə hallar aprelin ilk günlərindən etibarən müşahidə olunur. Sakinlər əmin edir ki, polis “yeni nizamnaməyə” istinad edərək, onları cərimələyir.  Ancaq konkret olaraq hansı müddəadan söhbətin getdiyini polis əməkdaşları vətəndaşlara bildirmir.

Cəriməni asayış keşikçiləri onunla əsaslandırır ki, piyada “melomanlar” qulaqcıqlarla küçədə hərəkət etməklə həyatlarını təhlükəyə atır: onlar arxadan gələn avtomobili eşitməyib, qəzaya düşə bilər.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər