Modern.az

Tanınmış aktyordan sərt sözlər: İtə də dəyər verirsiniz...

Tanınmış aktyordan sərt sözlər: İtə də dəyər verirsiniz...

4 May 2023, 16:16

Tanınmış aktyor Kamran Yunis özünün "Facebook" səhifəsində xalq artisti Fuad Poladovun anım günü ilə bağlı paylaşım edib.

 

Modern.az xəbər verir ki, o, Fuad Poladova, Həsənağa Turabova dəyər verdiyini bildirib.

 

"Hərdən arxamca deyirlər ki, kimsəyə dəyər vermirsən. Mən də burdan onların üzünə yazıram: Mən dəyərlilərə dəyər verirəm - Fuad Poladov kimi, Həsənağa Turabov kimi dəyərlilərə - "siz" isə itə də dəyər verirsiz.

 

Mənim 2 ya 5 dəyərlim sizlərin 1000 dəyərsizinizdən dəyərlidir. Ruhun şad olsun Fuad müəllim. Mən Poladov deyiləm, amma polad kimi olmağı sizdən öyrəndim", - deyə o qeyd edib.

 

Xatırladaq ki, Kamran Yunis Xalq artisti Azərpaşa Nemətov vəfat edərkən onun haqqında sərt sözlər səsləndirib, Fuad Poladovun teatrdan getməsində onun günahkar olduğunu bildirib.

 

Qeyd edək ki, bu gün Fuad Poladovun vəfatından 5 il ötür.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu