Modern.az

Komitə sədri Hacı Şahinin yerinə təyinatdan DANIŞDI

Komitə sədri Hacı Şahinin yerinə təyinatdan DANIŞDI

10 May 2023, 11:22

"Məşədi Dadaş" məscidinə təyinat almış imam fəaliyyətini davam etdirir.

 

Modern.az xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı jurnalistlərə açıqlamasında deyib.

 

O bildirib ki, "Məşədi Dadaş" məscidinə rəsmi din xadimi təyin olunub və orada mərhum Hacı Şahinin vəfatından sonra dini ayinləri icra edən şəxs də öz yerində saxlanılıb:

 

"Hazırda "Məşədi Dadaş" məscidinə təyinat almış imam və əvvəlki iki nəfər fəaliyyətini davam etdirir. Eləcə də bu günlərdə iki nəfər qadın dini ayinlər icraçısı təyin etdik. Hazırda əvvəllər qeydiyyatdan keçmiş 11 nəfərlik icma və icma sədri də fəaliyyətini davam etdirir. Yeni qanunlara görə, formalaşmış icma yeni icma təsis olunana qədər səlahiyyətlidir. İndiki qanuna görə icma 50 nəfərlik üzvdən ibarət olmalıdır. Lakin, hələlik 50 nəfərlik icma formalaşana kimi köhnə icma hüquqi baxımdan səlahiyyətliləri yerinə yetirməyə davam edir".

 

Qeyd edək ki, bu yaxınlarda Məşədi Dadaş məscidinə yeni imam təyin edilib. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının əmrinə əsasən, adıçəkilən məscidə Əli Şərbətov imam gətirilib.

 

Bundan əvvəl “Məşədi Dadaş” məscidinin imamı Hacı Şahin olub. Tanınmış ilahiyyatçı martın 2-də ürəktutmasından vəfat edib. Yeni təyinatdan sonra Hacı Şahinin tərəfdarlarının Məşədi Dadaş məscidindən ayrılması barədə xəbərlər yayılıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu