Modern.az

Dünyaşöhrətli İnna Bakıda konsert verəcək

Dünyaşöhrətli İnna Bakıda konsert verəcək

Mədəniyyət

7 İyul 2023, 15:16

Avqustun 19-da “Dalğa Beach Aquapark Resort”da dünyaca məhşur rumıniyalı müğənni İnnanın konserti olacaq.

 

Modern.az xəbər verir ki, sevilən müğənni gözəl səsi, hərarətli səhnə performansı və milyonların qəlbini fəth etmiş hitləri ilə pərəstişkarları qarşısına çıxacaq.

 

Qeyd edək ki, 1986-cı ildə Rumıniyanın Manqaliya şəhərində anadan olan Yelena Aleksandra Apostolyanu (İnna) musiqi karyerasına 2008-ci ildən etibarən başlayıb. Onun ilk sinqlı olan “Hot” mahnısı bir çox hit-paradlarda uğur qazanıb. 2009-cu ildə Polşada “Ən yaxşı sinql” və “Ən yaxşı ifaçı” kateqoriyasında “Eska Music Awards” nominasiyasına layiq görülüb. Ardınca ifaçı uğurla bir neçə albom və sinql çıxarıb. 2012-ci ildə ərsəyə gətirdiyi “Sun is Up” mahnısı “Eurodanceweb Award 2010” mükafatlandırma mərasimində “Ən yaxşı rəqs musiqisi” kateqoriyasına layiq görülüb. Müğənninin ifa etdiyi kompozisiyalar hər zaman sevilərək dinlənilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu