Modern.az

Azərbaycanda fəxri adlara görə təqaüd alanları sayı AÇIQLANIB

Azərbaycanda fəxri adlara görə təqaüd alanları sayı AÇIQLANIB

Mədəniyyət

22 Noyabr 2023, 10:14

Azərbaycanda "Xalq" və “Əməkdar” fəxri adlarına görə Prezident təqaüdü alan şəxslərin sayı açıqlanıb.



Modern.az-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata görə, 2023-cü il oktyabrın 1-i vəziyyətinə ümumilikdə 4862 nəfər fəxri adlara görə aylıq Prezident təqaüdü alır.



Belə ki, hazırda "Xalq" fəxri adına görə 259 nəfərə ayda 200 manat təqaüd ödənilir.



4603 nəfər isə “Əməkdar” fəxri adına görə ayda 150 manat təqaüd alır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu