Modern.az

Xankəndidə ilk solo KONSERT

Xankəndidə ilk solo KONSERT

Mədəni̇yyət

22 Noyabr 2024, 21:14

Qarabağ Universitetinin İncəsənət fakültəsinin İnstrumental ifaçılıq kafedrasının müdiri, tarzən Arslan Növrəslinin rəhbərliyi ilə “Arslan Növrəsli Quartet” adlı musiqi axşamı keçirilib.

 

Modern.az xəbər verir ki, konsertdə Arslan Növrəslini pianoda Nicat Aslanov, bass gitara ilə Əməkdar artist Ruslan Hüseynov, zərb alətlərində Elvin Bəşirov və nağarada Əməkdar artist Kamran Kərimov müşayiət edib.

 

Musiqi axşamında tələbələrin də çıxışı ilə yerli və xarici caz kompozisiyaları, məşhur musiqi əsərləri ifa olunub.

 

Tədbirdə Xankəndi şəhərinin ictimaiyyət nümayəndələri, Qarabağ Universitetinin professor-müəllim heyəti və tələbələri iştirak ediblər.

 

Konsert proqramının keçirilməsində məqsəd Qarabağda incəsənətin inkişafına və gənclərin musiqi yaradıcılığına dəstək olmaqdır.

 

Qeyd edək ki, Arslan Növrəsli tarda harmonik caz standartlarını ifa edən ilk tarzəndir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadan Bakıya şok təzyiq - Təxribat gözlənilir