Modern.az

Rusiyada azərbaycanlı yazarın pyesi tamaşaya qoyulur

Rusiyada azərbaycanlı yazarın pyesi tamaşaya qoyulur

25 Fevral 2025, 10:31

Rusiyanın Tümen vilayətinin Novıy-Urenqoy şəhərindəki “Sinyaya Ptitsa (Göy Quş)” Uşaq Teatrında azərbaycanlı yazar Vüqar Haqverdiyevin “Qarınqulu ayı balası” pyesi əsasında eyniadlı tamaşa hazırlanır.

Bu barədə Modern.az-a müəllifin özü məlumat verib. Tamaşanın quruluşçu rejissoru teatrın rəhbəri Natalia Ermilovadır. Premyera gələn ayın ortalarında olacaq.

Azərbaycan Milli Elmlər Akademiyasının “Elm” Nəşriyyatının direktor müavini olan Vüqar Haqverdiyev Yazıçılar Birliyinin və Jurnalistlər Birliyinin üzvüdür. O, uşaq hekayələri, pyesləri yazarı kimi tanınıb.
 

Sizə yeni x var
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular