Ceyms Bond seriyasının 26-cı filmi üçün baş rol namizədləri bəlli olub.
Modern.az xəbər verir ki, "Variety" nəşrinin məlumatına görə, "Amazon" gənc aktyorlar arasından seçim etməyə qərar verib və bu səbəbdən də bir neçə məşhur aktyor yarışdan kənarda qalıb.
Nəşrin əldə etdiyi məlumata əsasən, qısa siyahının başında britaniyalı aktyorlar Tom Holland və Harris Dikinson, eləcə də avstraliyalı Ceykob Elordi dayanır. Lakin Bond rolunu yalnız 30 yaşına çatmamış britaniyalı aktyorun ifa etməsi şərti Elordinin mövqeyini zəiflədib. Bu yanaşma, həmçinin Aaraon Teylor-Conson və Henri Kevill kimi daha yaşlı favoritlərin şanslarını demək olar ki, sıfıra endirib.
Rejissor məsələsində isə artıq yekun qərar verilib, yeni filmin sükanı arxasında tanınmış kanadalı rejissor Deni Vilnöv olacaq.
Bütün bu hazırlıqlara baxmayaraq, nəşr yazır ki, 26-cı Bond filmi 2028-ci ildən tez ekranlara çıxmayacaq.
Yeni Bondun seçimi ilə bağlı rəsmi açıqlama hələ verilməyib.