Modern.az

Milli Ordunun əsgəri intihar edib

Milli Ordunun əsgəri intihar edib

Ölkə

10 Yanvar 2011, 17:12

Azərbaycan Milli Ordusunun əsgəri intihar edib. Modern.az-ın məlumatına görə, bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən xəbər verilib.

Məlumata görə, yanvarın 10-da N saylı hərbi hissənin əsgəri Səfərov Nurlan Telman oğlu intihar edib. Hadisə ilə əlaqədar cinayət işi qaldırılıb.

Hazırda intiharın səbəbləri araşdırılır. Səfərov Nurlan Telman oğlu ötən ilin oktyabrında Bakının Binəqədi rayon Hərbi Komissarlığından hərbi xidmətə çağırılıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal