Modern.az

Ququş və düşük ermənilər...

Ququş və düşük ermənilər...

15 Yanvar 2011, 16:14

ABŞ prezidenti Barak Obamanın Metyu Brayzanın yeni təyinatını təsdiqləməsinə və ikincinin yol tədarükü görməsinə baxmayaraq, ermənilər hələ də çığır-bağır salmaqdadırlar. Onlar ciddi-cəhdlə Brayzanın Azərbaycana səfir statusunda gəlişini əngəlləmək istəyirlər. 

Bu səbəbdən də, ABŞ-da yaşayan erməni liderləri diaspor üzvlərini və ermənipərəst siyasətçiləri hamılıqla Metyunun əleyhinə kampaniya aparmağa çağırıblar. Kampaniyaya Kaliforniyadan başlayan ermənilər artıq Brayzanın namizədliyinin əleyhinə olan ermənipərəst senatorlar Barbara Bokser və Robert Menendesə bununla bağlı məktub da göndəriblər. 

Bəli, erməni diasporu hər iki senatora müraciət edərək, yeni səfir təyinatının Obamanın seçki kampaniyası zamanı ermənilərə verdiyi vədlərin əksinə olması barədə fikirlərə Senatda dəstək qazandırmağa səsləyib. Ermənilərin istəyi budur ki, yanvarın 25-də toplaşacaq Senat bu məsələni prioritetlər sırasına daxil etsin. 

Məsələ burasındadır ki, erməniləri təlaşlandıran Brayzanın türk yeznəsi olmasıdır. Onlar qorxurlar ki, Metyunun xanımı ona təsir edə bilər və Brayza da ABŞ-ın maraqlarına tüpürüb, başlayar Azərbaycanın maraqlarına qulluq eləməyə. Belə olan vəziyyətdə də ermənilər Brayzanın heç yadına düşüb eləməz. 

Vallah, ermənilərin bu cür həlləm-qəlləm fikirlərinə rast gələndə öz-özümə həmişə deyirəm: "nə düşük millətdirlər e". Guya Brayzanın arvadı türk olduğuna görə, onu yolundan çıxaracaq və ABŞ da, hətta Azərbaycan Ermənistana divan tutsa belə ona göz yumacaq. Əgər bu arvad məsələsi bu qədər ciddidirsə, Bakıda düz otuz min erməni gəlin var, ərləri də, deyilənlərə görə, sanballı vəzifələrdədir. Daha siz niyə narahat olursunuz? 

Mən bilirəm ki, bizimkilər xarici məzhəblərə ərə getsələr də ərlərinə millətçilik dərsi keçməzlər, dönüb olarlar beynəlmiləlçi. Bir azcana imkanları olsa, hətta öz millətlərinə lağ-lağı da edərlər. 

Dünən ANS-in xəbərlərinə qulaq asanda Ququşun əməlləri barədə eşidib əməlli-başlı dəli olmuşdum. Heç bilirsiniz, mən Ququşu nə qədər sevirdim, hələ "Uzun gecələr"in ürəyimdə oyatdığı ehtiraslı hislərimi sizə çatdıra bilmirəm. Ancaq dünən eşitdiyim bir xəbərlə o sevgi, o hislər hamısı nifrətə çevrildi. 

Beləliklə, mənim keçmişdə pərəstişkarı olduğum, əslən azərbaycanlı olan və Ququş adı ilə tanınan Faiqə Atəşin Ermənistanda verəcəyi konsertə hazırlaşır. "Okazıvaetsya", Ququş bundan əvvəl də Ermənistanda üç konsert verib, üstəlik Ermənistanın iqtisadiyyatına da kömək edib. Nəyə görə, çünki Ququşun sevgilisi ermənidir. Məhz sevgilisi də müğənnini Bakıya gəlməyə qoymur. İnandırıcıdır, ona görə ki, indiyə qədər Ququşun Bakıda konserti olmayıb. Bir neçə dəfə müxtəlif təşkilatçılar Ququşla danışıb onun Bakıda konsertini təşkil etmək istəsələr də, son anda təşkilatçılar fikirlərindən daşınıb. 

Ququşun Bakıda konsert verməməsi cəhənnəmə, bu yaxınlarda Stokholmda keçirdiyi konsertdə azərbaycanlıları təhqir etməsinə nə ad verək? Guya həmin konsertdə o, azərbaycanlıların intellektinə toxunan lətifə danışıb, özü azərbaycanlı olsa da. 

Eh Ququş, Ququş, ermənini özünə sevgili seçməyin bəs eləmədi sənə, mənsub olduğun milləti aşağılayan lətifə də danışdın. Heyf səndən Ququş, mənim gözümdə tez öldüyünə görə, "Uzun gecə"dəki qəhrəmanıtək. "Kstati", sonbeşiyimizin adını sənin şərəfinə filmdəki "sevgili"nin adını qoymuşam-Səid. 

Allah sənə də rəhmət eləsin, Şəhriyar, bica yerə özünə əziyyət verib "Tərsa balası"nın vəsfinə şeir həsr elədin, onu İslamı qəbul eləməyə, dinimizə gəlməyə dəvət elədin...

Sizə yeni x var
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?