İqtisadi İnkişaf Nazirliyinə güzəştli kreditlərin verilməsi və istehlakçı hüquqlarının müdafiəsi ilə bağlı 2010-cu ildə 6000 minə yaxın müraciət daxil olub. Nazirliyin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, İqtisadi İnkişaf Nazirliyinin Telefon Məlumat Mərkəzinə 2010-cu ilin təkcə dekabr ayında 350-dən çox müraciət daxil olub. Müraciətlər əsasən, İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən verilən güzəştli kreditlər, sahibkarlıq fəaliyyəti, istehlakçıların hüquqlarının müdafiəsi, eləcə də Nazirliyin səlahiyyətlərinə aid olan digər məsələlərlə bağlı olub.
Mətbuat xidmətindən o da bildirlib ki, daxil olmuş müraciətlər cavablandırılıb, şikayət xarakterli müraciətlər isə qeydiyyata alınaraq, aidiyyəti qurumlar tərəfindən müəyyən olunmuş müddətdə baxılaraq müraciətçilərə məlumat verilib.