Modern.az

Arsen Venger Mourinyoya yanında oturmağa imkan vermədi

Arsen Venger Mourinyoya yanında oturmağa imkan vermədi

Dünya

7 Sentyabr 2016, 14:24

“Mançester Yunayted”in baş məşqçisi Joze Mourinyo və onun Londonun “Arsenal” klubundan olan həmkarı Arsen Venqerin bir-birinə qarşı antipatiyası davam edir. Modern.az xarici mediaya istiunadən xəbər verir ki, bu, UEFA-nın Nionda keçirilən elit baş məşqçilərin forumunda özünü göstərib.

 

Portuqaliyalı mütəxəssis UEFA-nın mənzil-qərargahına gəlib və hamı ilə çox nəzakətli davranıb. O, KİV nümayəndələrini və digər klublardan olan həmkarlarını ürəkdən alqışlayıb.

 

Mourinyo sonra məşqçilərin və digər rəsmi şəxslərin oturduğu zala girib. O, Venqerin yanındakı boş stulu görəndə onunla yanaşı oturmağın mümkün olub-olmadığını soruşub.

 

“Yox, bu mümkün deyil”, - fransalı mütəxəssis dərhal belə cavab verib.

 

Mourinyo və Venqer 2004-cü ildən düşmənçilik edirlər. Portuqaliyalı o zaman Londonun “Çelsi” klubunu çalışdıranda dəfələrlə Venqerin ünvanına xoşagəlməz fikirləri ilə fərqlənib.

 

 

Modern.az

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?