İranla Səudiyyə Ərəbistanını arasında münasibətlər yenidən kəskinləşib.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, İran Ər-Riyadı Həcc ziyarətinin təşkilindəki xətalara və terrorizmə dəstək verməsinə görə cəzalandırılmalı olduğunu deyib.
“Region dövlətləri və İslam dünyası Səudiyyə Ərəbistanını cəzalandırmaq üçün addımlarını razılaşdırmalıdır".
Ruhani həmçinin səudiyyəlilərin terrorizmə dəstək verməsindən dolayı İraq, Yəmən və Suriya müsəlmanlarının qanının axıdıldığını deyib.
Qeyd edək ki, ötən il Həcc ziyarətində 464 iranlı zəvvarın ölümü ilə nəticələnən sıxlıqdan sonra iki ölkə arasında münasibətlər pisləşmişdi. Ölkələr arasında diplomatik əlaqələr də kəsilib.
Vüqar İSMAYILOV