Modern.az

ABŞ-da təyyarə toqquşması 3 nəfərin həyatına son qoyub

ABŞ-da təyyarə toqquşması 3 nəfərin həyatına son qoyub

Dünya

7 Sentyabr 2016, 21:45

ABŞ-da iki təyyarənin toqquşması 3 nəfərin həyatına son qoyub. Modern.az saytı xarici mediaya istinadən xəbər verir ki, hadisə Corciya ştatının Kerol dairəsində baş verib. Belə ki, Qərbi Corciya regional aeroportu yaxınlığında "Diamond Aircraft DA20C1" və "Beech F33A" təyyarələr toqquşub. Hadisə  zamanı 3 nəfər həlak olub. Hazırda hadisənin səbəbləri araşdırılır.

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?