Modern.az

Lavrovla Kerri Rusiyaya qarşı yeni sanksiyaları müzakirə edib

Lavrovla Kerri Rusiyaya qarşı yeni sanksiyaları müzakirə edib

Dünya

7 Sentyabr 2016, 23:31

Rusiya xarici işlər naziri Sergey Lavrovla ABŞ dövlət katibi Con Kerri arasında telefon danışığı olub. Modern.az saytı xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb. Məlumata görə, danışıq zamanı əsas müzakirə mövzusu Suriya münaqişəsi olub. Bununla bağlı tərəflər Cenevrədə yeni görüş keçirməyi planlaşdırır.

 

“Sergey Lavrov ABŞ dövlət katibinə Rusiyaya qarşı yeni sanksiyaların tətbiqi ilə bağlı narazılığını ifadə edib”, məlumatda vurğulanır.

 

Qeyd edək ki, ABŞ Ukraynadakı münaqişə ilə əlaqədar Rusiyaya qarşı sanksiya siyahısını növbəti dəfə genişləndirib. ABŞ-ın Ticarət Nazirliyi Rusiyanın 80-dən çox şirkətini sanksiyalar siyahısına əlavə edib.

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?