Modern.az

Vladimir Putinin köməkçisi qəzaya düşdü

Vladimir Putinin köməkçisi qəzaya düşdü

Dünya

8 Sentyabr 2016, 22:25

Rusiya prezidentinin sürücüsünün ardından bu dəfə də Vladimir Putinin köməkçisi qəzaya uğrayıb. Modern.az saytı Rusiya mediasına istinadən xəbər verir ki, qəza Vladislav Surkov Moskvada Kremlə gedərkən baş verib. Yol-nəqliyyat hadisəsi Yeni Arbat prospektində qeydə alınıb. Salonunda Surkovun olduğu AMP hökumət seriyalı nömrə nişanlı BMW markalı avtomobil ayrılmış hərəkət zolağında geri dönüş manevri edən “Ford Galaxy” markalı taksi avtomobilinə çırpılıb. 

 

Qəza nəticəsində xəsarət alan olmayıb. Putinin köməkçisi hadisə yerini dərhal başqa avtomobillə tərk edib.  

Qeyd edək ki, bir neçə gün öncə də Vladimir Putinin sürücüsü qəzaya düşərək dünyasını dəyişib.

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?