Türkiyədə 15 iyul dövlət çevrilişinə cəhddə təqsirləndirilən Fətullah Gülən terror təşkilatına qarşı mübarizə çərçivəsində 28 həkim saxlanılıb.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu gün səhər saatlarında Atatürk Dövlət Xəstəxanasının keçmiş baş həkimi Şükrü Öksüzün aralarında olduğu 28 həkim Respublika Prokurorluğunda ifadə verib.
Məhkəmə 17 həkimin tutulması və 11-nin isə nəzarət altına alınaraq sərbəst buraxılması haqqında qərar qəbul edib.
Qeyd edək ki, saxlanılan həkimlər Gülən hərəkatı ilə əlaqədə olmaqda, həmçinin bu hərəkatın fəaliyyətini təbliğ etməkdə şübhəli bilinirlər.
Mirmahmud KAZIMOĞLU